İndiyə qədər işlədiyimiz provayderlər arasında ən yaxşısıdır!
Azərbaycanda İT şirkətlərin sırasında müştərilərə yanaşmasını və servisin yüksək səviyyədə olmağını birinci səfər görürük. Çox razı qaldıq.
Biz bir neçə provayderlərlə işləyirik və təəssüf ki, bəzən adi bir müraciətə cavab almaq üçün günlərlə gözləyirik. Burda isə Hosting.az-da tam əksinə, hər şey çox çevik, çox operativ şəkildə həll olundu. Sifarişin icra sürəti bizi çox priyatnı təəccübləndirdi.
Bunuda vurqulayaq, xoşumuza gələn məqamlardan biri də o idi ki, görülən hər bir əməliyyatdan sonra SMS bildirişləri gəlirdi. Bu addım prosesin hansı mərhələdə olduğunu bildirir və əlavə olaraq kiməsə yazıb məlumat almağa ehtiyac olmur.
Açığı, indiyə qədər işlədiyimiz provayderlər arasında sifarişi bu qədər sürətli icra edən xidmətlə qarşılaşmamışdıq. Servis rahatdır, saytların UX Uİ ları çox rahatdır, rəqibləri elə bir hələdə 2000 illərdə qalıblar, yenilik yoxdur. Ümumiyyətlə xidmət, ən əsası isə müştəriyə münasibət və loyallıq həqiqətən yüksək səviyyədədir.
Hosting.az komandasına təşəkkür edirik. Belə xidmət görəndə insan rahatlıqla başqalarına da tövsiyə edir.








